Naxçıvanda Astaradan olan iki gəncin göldə boğulmasının bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hər iki gənc, 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyev Naxçıvan Dövlət Universitetinin Stomatologiya fakültəsinin birinci kurs tələbələri olublar.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda iki tələbə göldə boğularaq öldü – FOTO
Gənclər göl qırağında olarkən Əlinin telefonu suya düşüb. Ardınca Əli özü sürüşərək gölə düşüb.
Fəttah onu qurtarmaq üçün gölə atılsa da, hər iki dost boğularaq həyatlarını itiriblər. Bu haqda boğulan gənclərin doğulduğu Astara rayonunun Pensər kəndindən olan sakinlər məlumat veriblər.
Həlak olan hər iki gəncin cənazəsinin yaxın saatlarda Naxçıvandan Astaraya gətiriləcəyi gözlənilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu