Tovuzda SENSASİON OLAY – Qaçırılan 16 yaşlı qız evinə qayıtmaq İSTƏMİR – DETALLAR  

Tovuzda SENSASİON OLAY – Qaçırılan 16 yaşlı qız evinə qayıtmaq İSTƏMİR – DETALLAR  

Hazırda oxunan: Tovuzda SENSASİON OLAY – Qaçırılan 16 yaşlı qız evinə qayıtmaq İSTƏMİR – DETALLAR  

191413

Tovuzda 26 yaşlı oğlan özündən 10 yaş kiçik məktəblini qaçırıb. Hadisə ötən gün rayonun Vahidli kəndində baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı jurnalst Aygün Muradxanlı özünün sosial hesabında yayıb. 

Belə ki, Tovuzun Vahidli kənd sakini 1998-ci il təvəllüdlü Mustafayev Mətin Sabir oğlu kənd məktəbində 10-cu sinifdə oxuyan 31.03.2008-ci ildə doğulan Ə.G-nı qaçırıb. Məlumata görə ailə qızı oxutmaq istəyirmiş. Olay da o, kursdan qayıdanda baş verib. İki gündür ailə 16 yaşlı qızı Mətinin ailəsindən ala bilmir. Dərhal 102-yə zəng edilib və hadisə barədə məktəbə bildirilib. 

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib:

“Doğrudur qızın valideynləri şikayətçidir. Araşdırmalarımızla qızın yeri müəyyən edilib. Qız ifadəsində sərbəst şəkildə könüllü gəldiyini deyib. Həmçinin ifadəsi videoçəkilişlə də olunub. Bundan əlavə qız həm rayon polisinin, həm də rayon prokurorluğunun rəislərinin qəbulunda valideynləri ilə görüşdürülüb. Hər iki qəbulda qız israrla özü gəldiyini bildirib. Təbii ki, valideynləri narahat və əsəbidir. Qızın izahatının basqı altında götürülməsi doğru deyil. 
Hadisə yenə də nəzarətimizdədir. Bu gün bir daha qız rayon polis rəisinin iştirakı ilə valideynləri ilə bir araya gətiriləcək.

Bir daha ona suallar veriləcək. Əminəm ki, qız yenə də sərbəst şəkildə könüllü gəldiyini qeyd edəcək. Qızın 16 yaşı tamam olub. Biz artıq 16 yaşı tamam olmuş bir şəxsi getdiyi yerdən məcburi gətirib ailəsinə təhvil verə bilmirik. 16 yaşı tamam olmuş bir şəxsin istənilən şəxslə yaşaması və ya münasibətdə olması qanunla qadağan deyil”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO