Azərbaycanın peyvənd təqviminə hansı vaksinlər daxildir? – Rəsmi AÇIQLAMA 

Azərbaycanın peyvənd təqviminə hansı vaksinlər daxildir? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanın peyvənd təqviminə hansı vaksinlər daxildir? – Rəsmi AÇIQLAMA 

191386

Ötən ildən etibarən ölkədə qızılca xəstəliyinin yayılması yenidən peyvənd mövzusunu aktual edib. Səhiyyə qurumlarının yaydığı məlumata görə, qızılca xəstələrində müşahidə edilən ağırlaşma və ölüm halları əsasən peyvənd olunmayan şəxslər arasında qeydə alınıb.
Mütəxəssislərin rəyinə görə, cəmiyyətdə peyvəndlənmə 97 faizdən yuxarı olduqda insanlar həmin xəstəlikdən qoruna bilirlər. Buna sürü immuniteti deyilir.

Bəs Azərbaycanın peyvənd təqviminə hansı peyvəndlər daxildir və hansı xəstəliklərə qarşı peyvənd tətbiq olunur?

Bizim.Media Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə istinadən profilaktik peyvəndlənmə təqvimini təqdim edir:

Körpələrə vurulan ilk peyvənd HepB peyvəndidir. Bu peyvəndin ilk dozası doğumdan sonra ilk 12 saat ərzində vurulur və Hepatit B xəstəliyinə qarşıdır. Digər üç doza isə körpənin 2,3 və 4-cü aylarında kombinə olunmuş peyvəndlərlə birgə vurulur. Peyvəndlə 90 faiz qorunma əldə edildiyi bildirilir.

Uşaq doğulandan sonra 12 saat ərzində vurulan digər peyvənd isə vərəm əleyhinə olan BSJ peyvəndidir. Bu peyvənd yoluxucu xəstəlik olan vərəmin təhlükəli gedişinə mane olur. Qoruyucu təsiri orqanizmdən asılı olaraq 6-12 həftə çəkir. Qurumun qeydinə görə, uşaq doğulduqdan sonrakı 12 saat ərzində vərəm əleyhinə BSJ peyvəndi hər hansı səbəbdən vurulmazsa, istisna hallarda yenidoğulmuşa doğum evini tərk edənə qədər peyvəndin vurulması vacibdir.

Bundan əlavə, ölkədə körpələrə 2, 3, 4 aylıqlarında difteriya, göy öskürək, tetanusa qarşı GDT peyvəndi, difteriya və tetanusa qarşı 6 yaşında isə DT peyvəndi vurulur.

Hib peyvəndi Haemophilus influenzae tip B (Hib) bakteriyalarının yaratdığı Hib xəstəliyinə qarşı vurulur. Bu xəstəliyin ən çox yayılmış forması meningitdir. Bu da körpənin 2, 3, 4 aylığında tətbiq edilir.

OPV və IPV-poliomielit (polio) xəstəliyinin qarşısını almaq üçün istifadə olunan vaksinlərdir. OPV 6 və 18 aylıq körpələrə iki dəfə, İPV isə 2, 3, 4 aylığında 3 dəfə vurulur.

Pk-pnevmokok infeksiyasına qarşı peyvənd uşaqları pnevmokok bakteriyasının səbəb oluğu xəstəliklərə qarşı qoruyur. Körpənin 2, 4, 6 aylığında tətbiqi müəyyən edilib.
QPM - qızılca, parotit və məxmərəyə qarşı vurulan peyvənddir. Uşağa bir və 6 yaşında vurulur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO