Məcburi köçkünlərin neçə faizi Qarabağa qayıtmaq istəyir? - Onlayn sorğu

Məcburi köçkünlərin neçə faizi Qarabağa qayıtmaq istəyir? - Onlayn sorğu

Hazırda oxunan: Məcburi köçkünlərin neçə faizi Qarabağa qayıtmaq istəyir? - Onlayn sorğu

19097

Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatıb.

ADA Universitetindən Bizim.Media-ya verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı sorğu başa çatdı


Sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb.

İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişilərdən, 46%-i isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO