Ekspertlərdən deputatlara sərt sözlər: “Onlar indi də məktəbləri zəhərləmək istəyirlər” 

Ekspertlərdən deputatlara sərt sözlər: “Onlar indi də məktəbləri zəhərləmək istəyirlər” 

Hazırda oxunan: Ekspertlərdən deputatlara sərt sözlər: “Onlar indi də məktəbləri zəhərləmək istəyirlər” 

19093

Bir müddət əvvəl Milli Məclisin keçirilən növbəti plenar iclasında “Azərbaycanda orta məktəblərdə dinin tədris olunması” mövzusu müzakirə edilib.

Bizim.Media xəbər verir ki, deputatlar Etibar ƏliyevCeyhun Məmmədov bu fikri dəstəkləyərək, orta məktəblərdə dini dərslər keçirilən ölkələrdən nümunə gətiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda uşaqların dini etiqada məcbur edilməsi qadağan olunur


Məsələnin aktuallığını nəzərə alaraq, bu mövzuda ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənməyə çalışdıq. 

Onun fikrincə, məktəblərdə dini dərslərin tədris olunması indiyə qədər çox müzakirə olunub. 

“Ona da cavab olaraq bildirilib ki, fənlərin arasında olan “Həyat bilgisi” kitabında dinlə bağlı məlumatlar olduğu üçün bu yetərli sayılıb. Müəyyən ölkələrdə fakultativ də olsa bu fənn təqdim olunur. Hətta mən sizə bir misal deyim. Bu gün Belçikanın özündə islam dini ilə bağlı orta məktəblərdə dərs keçilir. Orada dövlət səviyyəsində islam dini rəsmi olaraq ikinci din hesab olunur.

Elşad Miri hesab edir ki, dini dərslərin keçirilməsi üçün Azərbaycanda yetərli kadrlar yoxdur, bu sahədə ciddi çatışmazlıq var.
 

“Kadrların özlərinin bizə keçdikləri dərslər kifayət qədər maarifləndiricidir, yoxsa onlar  yenə özlərindən əvvəl öyrənilən mövcud olan ənənəvi yanlışları bizə gətirib sirayət etdirəcəklər.


Həmin o kadrın əlinə kitabı da versəniz o, dərsə girib bildiyi  zəhərli fikirləri şagirdlərin təmiz beyninə yürütməyə çalışacaqsa, bunun özü də bir problemə çevriləcək. Düşünürəm ki, dinin məktəblərdə tədris olunması üçün əvvəl düzgün ədəbiyyat formalaşdırılmalıdır, daha sonra bu mövzu gündəmə gətirilib aktuallaşdırılmalıdır”.

Təhsil eksperti Elşən Qafarov isə orta məktəblərdə dini dərslərin keçirilməsinin qəti əleyhinədir. Onun sözlərinə görə, Azərbaycan Respublikasında təhsil sistemi milli və ümumbəşər dəyərlərə dayanır:

“Bizdə tədris dini təhsil üzərində qurulmayıb. Azərbaycan bu gün dünyaya tolerantlıq nümünəsi olacaq ölkələrdən biridir. Bizim məktəblərdə “Həyat bilgisi” kitabında  dinlər haqqında kifayət qədər məlumatlar var. Bu da fikrimcə, şagird üçün yetərlidir”.

Ekspert bu mövzunu plenar iclasa çıxarıb, müzakirə predmetinə çevirən milli məclisin üzvlərinə də sərt mövqe bildirib:
 

“Deputatlar mövzu tapmadıqları üçün bu məsələni müzakirəyə çıxarıblar. O gün olsun ki, onlar həqiqətən də milləti, dövləti, xalqı düşünəcək biliklərlə daha çox zəngin olsunlar.


Mən düşünürəm ki, bunu ancaq ortaya mövzu atmaq üçün ediblər ki, desinlər ki, Milli Məclisdə işləyən deputatlar var. Bunların bu təşəbbüsü ancaq  şou xarakteri daşıyır. Deputat olanın ən azı Azərbaycanda təhsilin dünya təhsil sisteminə inteqrasiya olduğundan məlumatlı olmalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO