Belarusda dövlət çevrilişinin təşkilində və prezident Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlığında ABŞ prezidenti Co Baydenin müşaviri Maykl Karpenter iştirak edib.
Bizim.Media-nın məlumartına görə, bununla bağlı Belarusun dövlət telekanalı "ONT" məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Putin Baydenlə Lukaşenkoya qarşı sui-qəsd cəhdini müzakirə etdi
Telekanal ABŞ hökumətinin Belarusdakı sui-qəsdlə əlaqəli ola biləcək bütün təklifləri rədd etdiyini bildirib.
Süjetdə, həmçinin sui-qəsdin iştirakçıları - hüquqşünas Yuri Zenkoviç, politoloq Aleksandr Feduta və Belarus Xalq Cəbhəsi Partiyasının lideri Qriqori Kostusev etiraflar ediblər.
Xatırladaq ki, aprelin 17-də Belarusun Federal Təhlükəsizlik Xidməti ölkədə çevriliş hazırlamış iki nəfərin saxlanması barədə məlumat yayıb. Qeyd edilib ki, mayın 9-da qələbə paradı zamanı çevriliş həyata keçirmək planlaşdırılıb.
Bizim.Media