DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO  

DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO  

Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO  

190729

Bakınnı Yasamal rayonunda vətəndaşlardan birinə məxsus dəyəri 3 min manat olan motosikletin naməlum şəxslər tərəfindən oğurlandığı barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Abşeron rayon sakinləri Nurlan Kərəmov, Kənan Səlimov və Eltun Nəcəfov saxlanılıblar. Saxlanılanların törətdiyi oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. 

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı paytaxt ərazisində taksi sürücülərinə qarşı dələduzluq edərək onların mobil telefon və pul vəsaitlərini ələ keçirən əvvəllər oğurluq, dələduzluq, eləcə də narkotiklərlə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş Anar İmanov saxlanılıb.
Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkar olunaraq götürülüb.

A.İmanovun paytaxtın müxtəlif ərazilərində taksi sürücülərinə qarşı dələduzluq etdiyi müəyyən edilib. A.İmanov, N.Kərəmov, K.Səlimov və E.Nəcəfov analoji əməllərdə iştiraklarının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO