Aynur: “Dedilər ki, ikinci dəfə ailə qurmalısan, bir həkim oğlan var...” – VİDEO 

Aynur: “Dedilər ki, ikinci dəfə ailə qurmalısan, bir həkim oğlan var...” – VİDEO 

Hazırda oxunan: Aynur: “Dedilər ki, ikinci dəfə ailə qurmalısan, bir həkim oğlan var...” – VİDEO 

190716

Müğənni Aynur Dadaşova yenidən ailə qurması ilə bağlı suallara cavab verib. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

A.Dadaşova bildirib ki, o, ikinci dəfə ailə qurmaq haqda düşünmür: 

“Dünən bizim ailəmizə çox yaxın bir insan mənə deyir ki, ailə qurmalısan. Bir həkim oğlan var… Cavab verdim ki, hər qadının yanında ona sahib çıxacaq bir kişinin olması önəmlidir. Cavan xanımlara da hansı daşı atsan da, gedib dəyir. Mənim artıq 20 yaşında bir oğlum, 11 yaşında bir qızım var. Onlar kiçik yaşda olsaydılar, yenidən ailə qurmaq haqda fikirləşərdim.

Amma indi mən az-çox çalışıb bir parça çörəyimi qazanıram, başımı saxlamağı bacarıram. Yenə də deyirəm, hamı məni düzgün anlamağa çalışsın, evimdə qızım var. Kimin qisməti necədir və nədir, özü bilər. Yenidən ailə quran xanımlara da pis baxmıram. Amma mən ikinci dəfə ailə qurmaq istəmirəm. Mən həm ata, həm ana, həm nənə, həm də babayam”. 
Qeyd edək ki, Aynur Dadaşova müsahibələrin birində boşanması ilə bağlı “Bəzi şeylər var ki, dözürsən, səbr edirsən. Bəzi qızlar 3 ayın gəlini olub ayrılırlar, mən 18 il dözdüm. Bir igidin ömrüdür” sözlərini dilə gətirmişdi. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO