Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants kəndinin başçısı Kamo Şaqinyan bildirib.
Onun sözlərinə görə, geodeziya işləri ilə məşğul olan mühəndislər kəndə gəlib:
“Kənddə çoxlu sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaq".
K.Şaqinyan deyib ki, kəndlilər ərazidə gərginlik yaradır:
“Ancaq onlar yolu bağlamır, əlavə maneələr törətmir”.
Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 06.05.2024
Qazaxın daha bir kəndində delimitasiya işləri BAŞLADI
Hazırda oxunan: Qazaxın daha bir kəndində delimitasiya işləri BAŞLADI
Hazırda oxunan: Qazaxın daha bir kəndində delimitasiya işləri BAŞLADI
190664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.