Çempionlar Liqasının finalı Budapeştdə KEÇİRİLƏCƏK?

Çempionlar Liqasının finalı Budapeştdə KEÇİRİLƏCƏK?

Hazırda oxunan: Çempionlar Liqasının finalı Budapeştdə KEÇİRİLƏCƏK?

190294

Macarıstan hökuməti Milli Futbol Federasiyasının 2026-cı və ya 2027-ci illərdə Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsi ilə bağlı müraciətini dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bu barədə hökumətin “Magyar Közlöny” qəzetində dərc edilmiş qərarında deyilir.

İri beynəlxalq idman tədbirlərinin təşkilinə nəzarət edən Xarici İşlər Nazirliyi də ayrıca mətbuat açıqlamasında hökumətin federasiyanın müraciətini dəstəkləyən qərar qəbul etdiyini təsdiqləyib.

Qeyd edilir ki, 2019-cu ildə açıldığı andan Budapeştin “Puşkaş Arena” stadionu Avropa Liqasının finalına və UEFA Superkuboku uğrunda oyuna ev sahibliyi edib. 2026-cı və ya 2027-ci ildə Budapeştin Çempionlar Liqasının finalına ev sahibliyi etməsi ilə bağlı yekun qərarın may ayında qəbul ediləcəyi gözlənilir.
Cari ildə UEFA Çempionlar Liqasının finalı Böyük Britaniyadakı “Uembli” stadionunda keçiriləcək, gələn ilin finalı isə Almaniyanın “Alyants Arena” stadionunda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO