DİN-dən əməliyyat: İrandan 87 kiloqram narkotik gətirən şəxs SAXLANILDI – FOTO/VİDEO  

DİN-dən əməliyyat: İrandan 87 kiloqram narkotik gətirən şəxs SAXLANILDI – FOTO/VİDEO  

Hazırda oxunan: DİN-dən əməliyyat: İrandan 87 kiloqram narkotik gətirən şəxs SAXLANILDI – FOTO/VİDEO  

190204

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir. 

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş rayon sakini Sadiq Ələkbərov saxlanılıb. 

Onun üzərindən və yaşadığı evin yaxınlığındakı narkotikləri gizlətmək üçün xüsusi olaraq hazırlanmış yarımtikilidən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, S.Ələkbərov “Səid” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Neftçala rayonunda dəniz kənarında əldə edib. O, maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO