“YUNESKO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.
“Biz Bakıda YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri/elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Mən həmkarlarıma Azərbaycanın regional sülh gündəmi və mədəni diplomatiya siyasəti, eləcə də işğal zamanı Ermənistan tərəfindən mədəni və dini irsimizin məhv edilməsi barədə məlumat verdim.
Bizim ümumi fikrimiz ondan ibarət idi ki, YUNESKO hamımıza və bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı daha da qoruyub inkişaf etdirməliyik”, - o “X” səhifəsində yazıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:02 / 03.05.2024
Hikmət Hacıyevdən YUNESKO ilə bağlı sərt AÇIQLAMA - FOTO
Hazırda oxunan: Hikmət Hacıyevdən YUNESKO ilə bağlı sərt AÇIQLAMA - FOTO
Hazırda oxunan: Hikmət Hacıyevdən YUNESKO ilə bağlı sərt AÇIQLAMA - FOTO
190187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.