“Anamın ailəsi ukraynalıdır, dillərini 95 faiz bilirəm” -

“Anamın ailəsi ukraynalıdır, dillərini 95 faiz bilirəm” - "Telegram"ın yaradıcısı 

Hazırda oxunan: “Anamın ailəsi ukraynalıdır, dillərini 95 faiz bilirəm” - "Telegram"ın yaradıcısı 

190118

"Telegram" platformasının həmtəsisçisi Pavel Durov gənc yaşlarından Ukrayna dilinə maraq göstərdiyini bildirib. 

Bizim.Media xəbər verir ki, o bu barədə öz "Telegram" kanalında yazıb. 

Durov etiraf edib ki, anasının ailəsi Ukraynadandır, ona görə də erkən yaşlarından bu dillə maraqlanıb. Onun sözlərinə görə, 2008-ci ildə Ukrayna dili onun əvvəlki böyük layihəsi olan VK-nın interfeysinə daxil edilən ilk dil olub. 

Durov qeyd edib ki, o, Ukrayna dilinin təxminən 95%-ni yazılı, 85%-ni isə danışıq dilini başa düşür. Onun sözlərinə görə, bu, ona digər slavyan dillərini, məsələn, çex və polyak dillərini öyrənməyə kömək edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO