ABŞ-da prezident seçkiləri başladı

ABŞ-da prezident seçkiləri başladı

Hazırda oxunan: ABŞ-da prezident seçkiləri başladı

1900

Bu gün Amerika Birləşmiş Ştatlarında yerli vaxtla səhər saat 6-da prezident seçkilərinə start verilib.

Bizim.Media xəbər verir ki, pandemiya dövründə səsvermənin təhlükəsizliyinin təmin edilməsində ştatlara kömək məqsədilə təqribən 100 milyon nəfər seçici artıq noyabrın 3-dək növbədənkənar səsvermədə iştirak ediblər.

İlk səs verənlər arasında Prezident Tramp və onun demokrat opponenti, sabiq vitse-prezident Cozef Bayden də olub. Onlar hər ikisi seçkilər günündə seçki məntəqələrində ənənəvi fotosessiyalardan imtina etmək qərarına gəliblər.

Prezident seçkilərindən əlavə, Birləşmiş Ştatların Nümayəndələr Palatasındakı bütün 435 yer və ABŞ Senatındakı 100 yerdən 33-ü uğrunda səsvermə keçiriləcək.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO