Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovla görüşüb.
Bizim.Media xəbər verir ki, mədəni və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə edilib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial nəzərdən keçirilib, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə 2024-cü ildə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi, dövrümüzün aktual məsələsi sayılan ətraf mühitin qorunması kimi problemlərin həlli istiqamətində mühüm platforma rolunu oynayan COP29-da Rusiya Federasiyasının iştirakı və pavilyonla təmsil olunması müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:20 / 01.05.2024
Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO
Hazırda oxunan: Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO
Hazırda oxunan: Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO
189956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.