QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”

QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”

Hazırda oxunan: QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”

189948

“Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyada səsləndirib.

Şeyxülislam diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimi ümumbəşəri əhəmiyyətli ideyalar həmrəyliyə, sülhə xidmət edir.
Şeyxülislam vurğulayıb ki, COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır. Bu xüsusda, Roma Papası Fransisk və Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyibin imzaladıqları İnsan Qardaşlığına dair sənəd uğurlu başlanğıc və yol xəritəsidir.

Radikalizmin mənfi təsirlərindən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib:

“Bəzi Avropa ölkələrində Quranın yandırılması, məscidlərə hücum və bu kimi digər halları dini dəyərlərə nifrətin nümunələri kimi şiddətlə pisləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO