Kərim Abbasovun restoran biznesi BATDI – VİDEO 

Kərim Abbasovun restoran biznesi BATDI – VİDEO 

Hazırda oxunan: Kərim Abbasovun restoran biznesi BATDI – VİDEO 

189938

Bir neçə ay əvvəl özünə yeni biznes quran müğənni Kərim Abbasov uğursuzluğa düçar olub. 

Bizim.Media xəbər verir ki, “Xəbərin var?” maqazin verilişində qonaq olan sənətçi bildirib ki, biznesi batıb.

K.Abbasov açdığı restoranı bağlamaq məcburiyyətində qalıb: 

“Yanvar ayında açdığım restoranı bağladım. Bu biznes və iş çox getmədi. Müəyyən problemlər yarandı. Heç kim mənə mane olmadı. Bu işi quranda dövlət səviyyəsində qurmuşdum – vergilər və s.. İstədim gurultulu bir açılış edim, amma bu istəyimdən imtina etdim. Şərikinə iş də görmək olmaz. Hər şeyi gərək özün edəsən. Bir işi açanda gərək, şəxsən özün onun üzərində durasan. Restoran işi elə bir işdir ki, orada mən yeni idim. Bu sahəni bilən “akulalar” var ki, səni udar… Onlar məni elə yedilər ki… Dedilər ki, işinin başının üstündə ol. Bu gün bu məclisdəyəm, sabah Rusiyadayam, birisigün Türkiyədəyəm, yəni belə məsələ olmamalıdır. İşinin başında dayanıb, öyrənmək lazımdır ki, kim sənə nə edir. Qısası, yığışdım dayandım. Amma arxası gələcək. O ki qaldı mənə nə qədər ziyan dəymək məsələsinə, bu haqda açıqlama vermək istəmirəm. Gizli qalsın”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO