Bakıda dünya dini liderlərinin görüşü KEÇİRİLİR 

Bakıda dünya dini liderlərinin görüşü KEÇİRİLİR 

Hazırda oxunan: Bakıda dünya dini liderlərinin görüşü KEÇİRİLİR 

189910

Azərbaycanın paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin görüşü keçirilir. 

Bizim.Media xəbər verir ki, tədbirdə 30-dan çox ölkədən dini lider iştirak edir. 

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış edəcəklər. 

Bakı görüşü öz işini “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar iclasla davam etdirəcək. Sessiyanın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-dur. 

Xatırladaq ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. 

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. 

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO