Azərbaycanda turizmin inkişafı üçün müəyyən addımlar atılır və hər il ölkəyə minlərlə turist gəlir. Bu ilin ilk üç ayı ərzində Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ölkəyə gələnlərin çox faizi Rusiya Federasiyasının payına düşür.
İkinci yerdə 19,3 faizlə Türkiyə, digər yerdə isə 10,3 faizlə İran durur. Bundan sonrakı yerləri Hindistan, Gürcüstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Pakistan, Birləşmiş Ərəb Əmirlikləri Özbəkistan və hər birindən 1,5 faiz olmaqla Türkmənistan və Küveyt bölüşdürür. Azərbaycana gələnlərin 1,4 faizi Ukrayna, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bəzi ölkələrdən gələn turistlərin sayında artım qeydə alınıb.
Maraqlıdır, turistlər daha çox hansı bölgəyə maraq göstərirlər?
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bizim.Media-ya bildirib ki, turistlərin seçimi arasında Bakı liderdir:
“Turistlər daha çox paytaxta gəlirlər. Daha sonra isə regionlara üz tuturlar. Qəbələ, İsmayıllı, Şəki, Quba, Qusar, Gəncə, Lənkəran, Şamaxı istiqamətləri çox populyardır. Müalicəvi turizmlə bağlı Naftalana gedənlər də var”.
O, ilin sonunadək turist sayının daha çox olacağını qeyd edib:
“Ümumiyyətlə, dinamika yaxşıdır, pandemiyadan sonrakı dövrdə hazırkı rəqəmlər ürəkaçandır. Belə getsə 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağıq. İlin sonuna qədər daha yaxşı olacağını düşünürük”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:00 / 30.04.2024
Azərbaycana gələn turistlərin sayı bu tarixdə daha da ARTACAQ – AÇIQLAMA
Hazırda oxunan: Azərbaycana gələn turistlərin sayı bu tarixdə daha da ARTACAQ – AÇIQLAMA
Hazırda oxunan: Azərbaycana gələn turistlərin sayı bu tarixdə daha da ARTACAQ – AÇIQLAMA
189700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.