Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar - FOTO

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar - FOTO

Hazırda oxunan: Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar - FOTO

189647

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanmış 2024-cü il üçün birgə tədbirlər planına uyğun olaraq, aparatın nümayəndələri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olublar.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qonaqlar hospitalın müasir tibbi avadanlıqlarla təchiz olunan şöbələrində yaradılan şəraitlə yaxından tanış olub, burada müalicə alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibb xidmətinin təşkili və təminatla maraqlanıblar.

Nümayəndə heyətinə tibbi personalın gündəlik iş fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsini və müalicə işinin təşkilini yüksək qiymətləndiriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO