Ermənilər Gürcüstanda Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atdı - FOTO

Ermənilər Gürcüstanda Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atdı - FOTO

Hazırda oxunan: Ermənilər Gürcüstanda Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atdı - FOTO

18941

Gürcüstanın erməni icmasının üzvləri paytaxt Tbilisinin mərkəzində qondarma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçirirlər.

Bizim.Media xəbər verir ki, Filarmoniya binasının qarşısında toplaşan aksiyaçılar Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar.

Belə ki, onlar əllərində Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində erməni separatçılarının yaratdığı qondarma rejimin “bayraq”larını da tutublar.

Bununla yanaşı, aksiyada Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və "Ararat Ermənistanın ən hündür dağıdır" sözlərinin yazıldığı plakat da qaldırıblar.

Aksiyaçılar Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüş etməyi planlaşdırırlar. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO