“Araik Arutunyan “İskəndər” raketi deyil..” - Separatçı rəhbərin Moskva səfərinin MÜƏMMASI 

“Araik Arutunyan “İskəndər” raketi deyil..” - Separatçı rəhbərin Moskva səfərinin MÜƏMMASI 

Hazırda oxunan: “Araik Arutunyan “İskəndər” raketi deyil..” - Separatçı rəhbərin Moskva səfərinin MÜƏMMASI 

18931

“Hərbi cani Araik Arutunyanın Moskvaya çağırılması ilə bağlı məlumatlar Azərbaycan mediasında geniş müzakirə olunsa da, Ermənistanda marionet separatçının səfəri, bir neçə müxalif internet resursu istisna olmaqla, demək olar ki, diqqətdən kənarda saxlanılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri siyasi ekspert elçin Mirzəbəyli özünün feysbuk hesabında qeyd edib.

Bildirib ki, səfərin qondarma soyqırımı günü öncəsi həyata keçirilməsi onun diqqətdən kənarda qalmasına xidmət edir. 

Siyasi ekspertin sözlərinə görə, hərbi cani Araik Arutunyanın Moskvaya onun “beynini yumaq” üçün aparıldığı barədə “Teleqram” kanalları vasitəsilə yayılan məlumatlar əsassızdır. E.Mirzəbəylinin fikrincə bu səfər Azərbaycanı qıcıqlandırmaq məqsədi daşıyır.
 Səfərlə bağlı izahatın verilməməsi də həmçinin, etirazların daha kəskin xarakter almasına yönəlib. Hər halda, Araik Arutunyan “İskəndər” raketi deyil... 

Araik Arutunyan Moskvaya İrəvandan uçub, şübhəsiz? Hansı pasportla? Hansısa qondarma rejimin verdiyi kağız parçasıyla? Məlumdur ki, rəsmi Rusiya hüquqi baxımdan, Azərbaycan ərazisində hansısa qondarma, oyuncaq rejimin mövcudluğunu qəbul etmir və edə də bilməz!

Təbii ki, həmin o qondarma, qanunsuz və 44 günlük müharibə nəticəsində varlığına son qoyulmuş rejimlə Rusiya arasında pasport-viza rejimi ilə bağlı hər hansı razılaşma da mövcud deyil. Əgər Arutunyanın səfəri hansısa qondarma rejimin kağız parçası ilə gerçəkləşibsə, bu o deməkdir ki, səfər Rusiya qanunlarının kobud şəkildə pozulması ilə reallaşıb. Yəni ortalıqda cinayət faktı var.

Yox, əgər Araik Arutunyan Rusiyaya Ermənistan pasport ilə gedibsə, bu o deməkdir ki, Rusiya, yaxud bu ölkədəki hansısa müstəsna səlahiyyətlərə malik olan dairələr 10 noyabr 2020-ci il bəyanatının prinsiplərinə rəğmən, Azərbaycan ərazisində Ermənistanın hərb-siyasi mövcudluğunu qəbul edirlər.

Məsələnin hüquqi tərəfinə gəldikdə isə, Araik Arutunyan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında Müqaviləyə əsasən, ölkəmizə təhvil verilməliydi. İndi bunun Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində həyata keçirilməsinin hüquqi cəhətdən mümkünsüzlüyünü, hərbi cinayətkarın yaxalanmasının sülhməramlıların səlahiyyətinə aid olmadığını başa düşdük. 

Hərçənd ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərində səahiyyətlərinə aid olmayan bütün işlərlə məşğul olurlar..

Arutunyanın səfəri MDB-yə üzv ölkələr arasında 1999-cu ildə imzalanmış terrorizmə qarşı mübarizədə əməkdaşlıq haqqında Müqaviləyə də ziddir və bu sənədə əsasən, Azərbaycanın mülki vətəndaşlarına qarşı terrorizm aktları törətdiyi sübuta yetirilmiş terrorçu-separatçı dərhal göz altına alınaraq, Azərbaycana ekstradisiya olunmalıydı”. MDB-yə üzv olan ölkələrin 2002-ci ildə Kişinyovda qəbul etdikləri hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında Konvensiya da Rusiyanın qarşısında Arutunyanın həbs edilərək Azərbaycana təhvil verilməsi öhdəliyini qoyur. 

Amma məlum olduğu kimi, Araik Arutunyan müharibədən sonra 2 dəfə Rusiyanın paytaxtına səfər edib və “ona gözün üstə qaşın var” deyən olmayıb və bəlkə də terrorçunun Azərbaycanın günahsız mülki vətəndaşlarının qanına bulaşmış əlini öpüb gözlərinin üstünə qoyublar.

Qeyd edim ki, Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi haqqında Konvensiya da Araik Arutunyanın həbs edilərək Azərbaycana təhvil verilməsini tələb edir”.

Politoloq bildirib ki, Arutunyanın səfərində boy verən məqamlardan biri də separatizmlə bağlıdır:

“Separatizmin nə olduğunu öz təcrübəsində görən və bu cinayət əməlinə münasibətdə ən sərt tədbirlərə əl atan Rusiyanın müharibə cinayətkarını, separatçını öz ərazisinə buraxması başadüşülən deyil. Bütün bunlar isə Rusiyanın etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərindəki sülhməramlı missiyasını ciddi şəkildə şübhə altına alır və böldədə davamlı sülhün təmin edilməsi üçün müstəsna əhəmiyyət daşıyan etimad mühitini zədələyir”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO