Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər 1 km hündürlüyü olan ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
![](http://ssl.bizim.media/file/articles/2024/04/27/1714226101_662d019d1d1f8662d019d1d1f91714225565662d019d1d1f5662d019d1d1f7.jpg)
![](http://ssl.bizim.media/file/articles/2024/04/27/1714226075_662d019d27da1662d019d27da21714225565662d019d27d9d662d019d27da0.jpg)
![](http://ssl.bizim.media/file/articles/2024/04/27/1714226117_662d019d3413a662d019d3413b1714225565662d019d34137662d019d34138.jpg)
Bizim.Media