Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-21063” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq, zərərçəkmişlərə ümumilikdə 1 000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:56 / 27.04.2024
Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı... – FOTO
Hazırda oxunan: Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı... – FOTO
Hazırda oxunan: Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı... – FOTO
189212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.