Ronaldo maaşının azaldılmasına razıdır

Ronaldo maaşının azaldılmasına razıdır

Hazırda oxunan: Ronaldo maaşının azaldılmasına razıdır

18888

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo "Mançester Yunayted"ə qayıtmağı düşünür .

Bizim.Media "Qol.az"a istinadla xəbər verir ki, "La Gazzetta Dello Sport"un yaydığı məlumata görə, bu mövsüm planlaşdırıldığı kimi getmədiyi üçün portuqaliyalı oyunçu Turin klubundan ayrılmağın əleyhinə deyil.

İngiltərə təmsilçisinə qayıtmaq üçün Ronaldo maaşının azaldılmasına razıdır. 36 yaşlı hücumçu hazırda ilinə 31 milyon avro qazanır və "MY"da ən az 20 milyon qazanmaq istəyir.

Maddi vəziyyəti çətin olan "Yuventus"un Ronaldo ilə yolları ayırmağa hazır olduğu vurğulanıb. Klub oyunçunun satışından ən azı 29 milyon avro qazanmağı planlaşdırır və onu yarımmüdafiəçi Pol Poqba ilə dəyişdirməyi düşünür.

Qeyd edək ki, bundan əvvəl "Mançester Yunayted"in Ronaldonu qaytarmaq istədiyi və oyunçunun agenti Jorge Mendesdən məlumat istədiyi bildirilmişdi .

Xatırladaq ki, Kriştiano 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO