İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçildi

İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçildi

Hazırda oxunan: İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçildi

188870

İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçilib.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 8-14 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

İstanbul Hava Limanı 8-14 aprel tarixləri arasında gündə orta hesabla 1 428 uçuşla Avropanın ən işlək hava limanı olaraq qeyd edilib.

2023-cü ilin eyni dövrü ilə müqayisədə uçuşların sayını 10 faiz artıran İstanbul Hava Limanı, sıxlıq baxımından dünyanın ən işlək 10 hava limanından biri olub.

Məlumat üçün qeyd edək ki, İstanbul hava limanını gündə 1 343 uçuşla Amsterdam Schiphol, 1 311 reyslə London Hitrou hava limanları izləyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO