Bahar ona borca 5000 manat pul verməyən həmkarına efirdə QARĞIŞ ETDİ – VİDEO 

Bahar ona borca 5000 manat pul verməyən həmkarına efirdə QARĞIŞ ETDİ – VİDEO 

Hazırda oxunan: Bahar ona borca 5000 manat pul verməyən həmkarına efirdə QARĞIŞ ETDİ – VİDEO 

188726

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam. İki il əvvəl ağır xəstələnmişdim. Bununla bağlı çox doğma olan bir insana ağız açdım və maddi köməklik istədim. Mənə 5000 manat lazım idi. Zaman gələcək, onun adını açıqlayacağam. Amma indi yeri deyil. Meyvə yetişib dəriləndə daha gözəl olur. Sonra eşitdim ki, həmin şəxs haqqımda deyib ki, o, tülkülük edir ki, məndən pul alsın. O elə bir insan idi ki, o pulu yalnız ondan istəyə bilərdim, başqasından yox”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı qonaq olduğu “Evimin qonaqları” verilişində deyib. 

Adını açıqlamaq istəmədiyi həmkarından borca pul istədiyini söyləyən sənətçi ona efir vasitəsi ilə qarğış edib: 

“Ondan pul istədim, sabahısı gün isə Qazaxıstana toya getdim. Beh almışdım və toy sahibinə də dedim ki, mən xəstələnmişəm. Olar ki, mən gəlməyim? Çünki oxuya bilməyəcəyəm. Toy sahibi demişdi ki, sənin toya gəlib bir mahnını fonoqramla oxumağın yetərlidir. Yetər ki, toya gəl, çünki sənin oğlumun məclisinə gələcəyini niyyət etmişəm. İnanın ki, o Qazaxıstandakı pul mənə kömək etdi. Yenə də öz alın tərimlə qazandığım pul... O insana mənim o qədər etibarım var idi ki... Amma indi də deyirəm ki, o dünyada onu bağışlamayacağam. Mənim çəkdiyimi Allah ona beş qatını çəkdirsin. Çünki o qədər məni yandırdı. Bunu kimə desəm deyər ki, “Sənə ayıb olsun!” Bundan sonra ona bir içim su istəsə, vermərəm! Mən səndən var-dövlət istəmədim. Onu vermək sənin haqqın idi. Bilirdim ki, sənin o pulun var. Çətin məqamda o etibar etdiyin insan yarıda qoydu. Niyə sən ola-ola mən başqa kimdənsə o yardımı istəməli idim? Yenə də istəmədim”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO