“Tərtər işi”ndə əsgərlərə işgəncə verənlərin vəkili DANIŞDI - ÖZƏL 

“Tərtər işi”ndə əsgərlərə işgəncə verənlərin vəkili DANIŞDI - ÖZƏL 

Hazırda oxunan: “Tərtər işi”ndə əsgərlərə işgəncə verənlərin vəkili DANIŞDI - ÖZƏL 

18864

“Tərtər işi” ilə bağlı Azərbaycan hüquq-mühafizə sisteminə yönələn ittiham və tənqidlər bitmək bilmir. 4 aydır ölkə gündəmindən düşməyən “Tərtər işi” ilə bağlı hələ də müxtəlif versiyalar ortaya atılır. 

Sözügedən hadisədə hərbi qulluqçulara işgəncə verən və təqsirləndirilən 3 şəxsin vəkili, Beyləqan rayon vəkillər bürosunun müdiri Fəxri Rüstəmov Bizim.Media-ya “Tərtər” hadisələrində baş verənlərlə bağlı fikirlərini bölüşüb. 

Vəkil qeyd edib ki, Hərbi Prokurorluq işə müdaxilə edəndən sonra təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edib:

“Tural Ənvərli, Anar Mustafayev və gizir Vasif İbrahimlinin hüquqlarını müdafiə etmişəm. Hansı ki, bu şəxslər vətənə xəyanət edən hərbi qulluqçuları döyüb və işgəncə veriblər. Ümumiyyətlə vəkillik təcrübə və işlərimdə vətənə xəyanət halları olub. Vaxtilə 2005, 2007 və 2008-ci illərdə az da olsa vətənə xəyanətlə bağlı cinayət halları ilə qarşılaşmışam. 2017-ci ildə isə “Tərtər işi”ndə dövlətə xainlik edənləri təqsirləndirən və döyən 3 nəfər şəxsin vəkili işini apardım. Deyə bilərəm ki, döyənlərdən həbs edilənlərin sayı vətənə xəyanət edib tutulanlardan çox idi”. 

Fəxri Rüstəmovun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxslərlə söhbət zamanı maraqlı fikirlərin şahidi olub:

“Təqsirləndirilənlərdən soruşurdum ki, niyə belə bir əməli törədiblər. Onlar isə Aprel döyüşlərində çiyin-çiyinə döyüşmüş qardaşlarını itirdiklərini və onların koordinatlarını düşmənə satdıqlarını əsas gətirirdilər. “Özümüzü saxlaya bilmədik, vətənə xainliyi götürə bilməzdik” deyirdirlər. Hətta məhkəmə iclaslarındakı çıxışlarında təkrar vətənə xəyanət halı baş versə, düşmənə satılanların cəzasını yenə də verərdik, kimi fikirlər səsləndirirdilər.

Hansı ki, onların hər birinə 7-9 il həbs cəzası verilib. Müvəkillərimin bildirdiyinə görə, Respublika Hərbi Prokurorluğu işə müdaxilə etməsəydi, vətən xainlərini məhv edəcəkdilər.



Hesab edirəm ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin adlarını böhtanlarda hallandırmaq yalnışlıqdır. Qeyd edilən faktlar müəyyən edildikdən dərhal sonra Respublika Hərbi Prokurorluğu tərəfindən müdaxilə olunaraq hərbi qulluqçuların qanunsuz sorğulanmasının qarşısı alınıb. Fiziki zorakılığa məruz qalmış şəxslərə tibbi yardım göstərilib. Bundan əlavə sorğu-sual olunması üçün qanunsuz saxlanılmış şəxslər azad edilib. Toplanmış materiallar əsasında Müdafiə Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Onu da deyim ki, istintaq müddətində həmin şəxslərə işgəncə verilməsi barədə hər hansı hərbi Prokurorluq işçisindən göstəriş almadıqlarını, ümumiyyətlə proseslərdə Prokurorluq əməkdaşlarını görmədiklərini bildiriblər. Bir sözlə, Prokurorluğun bu işdə fəallığının və günahkarların cəzalandırılması işinə necə səfərbər olunduqlarının şahidi idim”.  

Vəkil onu da əlavə edib ki, Ali Məhkəmənin qərarı ilə müdafiə etdiyi Tural Ənvərli 7 il, Anar Mustafayev 9 il 6 ay, Vasif İbrahimli isə 9 il 3 ay həbs cəzasına məhkum edilib. 

Onu da qeyd edək ki, vəkil Fəxri Rüstəmov sosial şəbəkə hesabında sözügedən məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) təqsiri sübuta yetirilməyənlər barəsində cinayət təqibinə xitam verilib. 

Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO