Festivalda “Möhtəşəm yüz il”in “Hürrəm sultan”ını tanımadılar – FOTO/VİDEO

Festivalda “Möhtəşəm yüz il”in “Hürrəm sultan”ını tanımadılar – FOTO/VİDEO

Hazırda oxunan: Festivalda “Möhtəşəm yüz il”in “Hürrəm sultan”ını tanımadılar – FOTO/VİDEO

18835

Moskvada start götürən beynəlxalq film festivalında maraqlı hadisə baş verib.

Bizim.Media “7days”ə istinadən xəbər verir ki, Moskva beynəlxalq kinofestivalının açılışında Türkiyənin “Möhtəşəm yüz il” teleserialında Hürrəm obrazını yaradan Məryəm Uzerlini tanımayıblar. 

Məlumata görə, Rusiya paytaxtında onun festivala qatılmasını bilən hər kəs aktrisanı səbirsizliklə gözləyib. Lakin Məryəm Uzerli qırmızı xalıya çıxan zaman fotoqraflar ona məhəl qoymadan Kristina Asmusun şəkillərini çəkiblər. 

Türkiyəli aktrisa bu xoşagəlməz mənzərəyə laqeyd yanaşaraq qürurla və məğrur formada irəliləyib. 

Səbəb kimi, digər qonaqların aktrisanı tanımadıqları göstərilir. Çünki Məryəm Uzerli çox dəyişilib. Belə ki, onun son zamanlar plastik cərrahlara tez-tez müraciət etdiyi deyilir.

Bununla yanaşı Məryəm Uzerli Rusiya telekanallarına müsahibəsi zamanı Azərbaycana salam söyləmiş və ölkəmizdə heç vaxt olmasa da, Azərbaycanı çox sevdiyini dilə gətirib.

Moskva kinofestivalından “Hürrəm sultan”ın foto və video müsahibəsini təqdim edirik. 

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO