Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi yarışlarda final çıxışları baş tutub.
Bizim.Media xəbər verir ki, halqa ilə çıxışda beşinci olan Zöhrə Ağamirova lentlə hərəkətlərdə yeddinci pillənin sahibi olub.
Bu çıxışda birinci yerə Almaniyanı təmsil edən Daria Varfolomeyev yüksəlib.
Ötən gün çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandamız bu gün ikinci finalına çıxıb. Zeynəb Gümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Dariya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda üç lent və iki topla finalda mübarizə aparıb. Onlar 30.200 xalla altıncı yeri tutublar.
Daha əvvəl çoxnövçülükdə və halqa ilə çıxışda iki bürünc medal qazanan Azərbaycanın qrup hərəkətləri komandası ümumilikdə üç bürünclə yarışı başa vurub. Birinci yeri isə Yaponiya tutub.
Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:52 / 21.04.2024
Komandamız Dünya Kubokunda üç bürünc medal qazandı - FOTO
Hazırda oxunan: Komandamız Dünya Kubokunda üç bürünc medal qazandı - FOTO
Hazırda oxunan: Komandamız Dünya Kubokunda üç bürünc medal qazandı - FOTO
188252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.