Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib - QƏRAR

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib - QƏRAR

Hazırda oxunan: Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib - QƏRAR

188068

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiq edilib.
Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan Texniki Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO