Bu şəxslərin maaşı ARTIRILIR 

Bu şəxslərin maaşı ARTIRILIR 

Hazırda oxunan: Bu şəxslərin maaşı ARTIRILIR 

187930

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, həqiqi dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 60 manatdan 200 manata, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 54 manatdan 180 manata, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 51 manatdan 160 manata, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 48 manatdan 145 manata, baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 45 manatdan 130 manata, vergi xidməti müşaviri (ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 42 manatdan 115 manata, kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 39 manatdan 100 manata, 1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 36 manatdan 80 manata, 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 33 manatdan 65 manata, 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 30 manatdan 55 manata qaldırılması təklif edilir. 

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO