“Nikah olmadan uşaq dünyaya gətirərəm” - Pərvin Abıyevadan İDDİALI AÇIQLAMA – VİDEO

“Nikah olmadan uşaq dünyaya gətirərəm” - Pərvin Abıyevadan İDDİALI AÇIQLAMA – VİDEO

Hazırda oxunan: “Nikah olmadan uşaq dünyaya gətirərəm” - Pərvin Abıyevadan İDDİALI AÇIQLAMA – VİDEO

18789

Azərbaycanlı aktrisa Pərvin Abıyeva MUZ TV-nin qonağı olub və jurnalistin “Hazırda sevgilin varmı?” sualına “Yox” cavabını verib.

Bizim.Media xəbər verir ki, səbəbini isə “Belə yaxşıdır” deyərək izah edib.

O, “Yəqin sevgidən başın çox ağrıyıb” sualını isə gülümsəyərək “Çox, çox. Hətta indi də ağrımaqda davam edir. Münasibəti bitirsəm də məndə ayrıla bilmirlər” sözləri ilə cavablandırıb.

Pərvin Abıyeva ailə qurmaq qura bilmək ehtimalına da toxunub:

“Ailə var? Belə söhbətlərdən sonra ailə qurmaq planı yoxdur. Ümumiyyətlə, ailə qurmaq istəyimdən sanki solmuşam”.

Jurnalistin “Nikah olmadan sevdiyin insandan övlad dünyaya gətirərsən?” sualına o, belə cavab verib:

“Bəli, gətirərəm. Əgər o da razıdırsa. Ancaq sevdiyim insan gərək evli olmasın, çünki mənim əsas şərtim odur. Bu, mənim şəxsi həyatımdır. Heç kimin də heç kimin həyatına burnunu soxmağa, müdaxilə etməyə haqqı yoxdur”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO