Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH 

Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH 

Hazırda oxunan: Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH 

187787

Bəzi hallarda ictimai narahatçılıq yaradan məsələlərdən də çox gileylənilirik. Məsələn, qonşumuz bütün günü yüksək səslə musiqiyə qulaq asır və yaxud evində davamlı şəkildə dava-dalaş salır. Bir sözlə, tez-tez bizlərin istirahət hüququ pozulur. Maraqlıdır ki, bəzi adamlar qanunvericiliyi bilmədiyi üçün belə hallarla rastlaşanda nə edəcəyini bilmirlər.

Ona görə də məsələnini hüquqi tərəfini araşdırdıq.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan vəkil Nurlana Əliyeva bildirib ki, qanunvericilik belə hallarla rastlaşan insanların hüquqlarını tam şəkildə qoruyur:

"Bu kimi hallarla qarşılaşan vətəndaşların da diqqətinə çatdırmaq istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə məişət səs-küyünə qarşı mübarizə tələblərinin pozulması 150-200 manat miqdarında cəriməyə səbəb olur. Maddənin məzmununda cərimənin “gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa görə” tətbiq edildiyi öz əksini tapıb.

Qonşunun şikayəti əsasında polis orqanları bu cəriməni tətbiq edə bilər. Əgər mübahisə fiziki zorakılıq ilə nəticələnərsə, İnzibati Xətalar Məcəlləsinin 157 maddəsinə əsasən qarşı tərəfə 300-500 manat məbləğində cərimə və ya 2 ayadək inzibati həbs tətbiq oluna bilər. Əgər sağlamlığa qəsdən ağır, az ağır və ya yüngül zərər vurmaqla törədilibsə, belə mübahisə hətta cinayət məsuliyyətinə səbəb ola bilər".

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO