BƏƏ-də güclü leysan yağışı və onu müşayiət edən tufan və güclü külək nəticəsində Dubay Beynəlxalq Hava Limanında bir neçə aviareysdə gecikmə olub və bir neçəsi ümumiyyətlə ləğv edilib.
Bizim.Media xəbər verir ki, səlahiyyətlilər dövlət işçilərindən evdən işləməyi xahiş ediblər.
Həmçinin, məktəblər onlayn formatda tədrisə keçib və metro stansiyalarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Leysan səbəbindən magistral yolları və alçaqda yerləşən küçələri su basıb. Sular altında qalan Əbu Dabi, Dubay, Şarja və Ras əl-Xayme şəhərlərində fövqəladə hallar xidmətləri bir neçə yolu tam bağlayıb.
Qeyd edək ki, ölkə quraq iqlimdə yerləşdiyindən yol infrastrukturu güclü yağıntılara uyğunlaşdırılmayıb. Drenaj sistemi olmadığından güclü yağışlar zamanı su yollarda toplanır və binaları su basır.
Bizim.Media