Türkiyədən Ukraynada savaşı bitirəcək HƏMLƏ – Döyüşlər dayandırılır, Kiyev Aİ-yə üzv olur... – DETALLAR 

Türkiyədən Ukraynada savaşı bitirəcək HƏMLƏ – Döyüşlər dayandırılır, Kiyev Aİ-yə üzv olur... – DETALLAR 

Hazırda oxunan: Türkiyədən Ukraynada savaşı bitirəcək HƏMLƏ – Döyüşlər dayandırılır, Kiyev Aİ-yə üzv olur... – DETALLAR 

187466

Xəbər verdiyimiz kimi, Türkiyə Ukrayna böhranı ilə bağlı sülh planı irəli sürüb. Layihə İstanbuldakı ilk danışıqların sənədlərinə əsaslanır və 2022-ci ilin mayına aid bəzi bəndlər yeni mətnə daxil edilib. 

Sülh planının qayəsində ilk növbədə mövcud cəbhə xətti boyu müharibənin dondurulması dayanır. Təklifdə həmçinin Rusiyanın işğalı altında olan bütün Ukrayna ərazilərində 2040-cı ildə beynəlxalq nəzarət altında referendumların keçirilməsi, 2040-cı ilədək Ukraynanın bitərəf statusuna zəmanət verilməsi, Kiyevin Avropa İttifaqına daxil olmasına Moskvanın etiraz etməməsi ilə bağlı öhdəliklər də yer alıb. 

Hələlik, sülh təklifinə Moskvanın reaksiyası yoxdur. Kiyev isə onu özü üçün qeyri-məqbul hesab edib. 

Görəsən, Ukraynada Türkiyənin təklif etdiyi formada sülh reallaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, rəsmi Ankaranın Ukrayna məsələsində sülhlə bağlı irəli sürdüyü təklif hazır mərhələdə daha real görünür:

“Region ölkələri Rusiya ilə Ukrayna arasında baş verən müharibənin sona çatmasını arzulayır. Düşünürəm ki, bu müharibədə ən səmimi və tərəfsiz vasitəçilik edən ölkə qardaş Türkiyədir. Rəsmi Ankara məsələ ilə bağlı dəfələrlə təşəbbüslərlə çıxış edib. Qərb və ABŞ-ın Ukraynaya yardımı hazırkı mərhələdə mövcud şəkildə davam edərsə, bu halda Moskva ilə Kiyev real ikitərəfli münasibətlərdə mövcud gerçəkliyi nəzərə alaraq addım atmaq məcburiyyətində qala bilərlər. Ona görə də rəsmi Ankaranın sülhlə bağlı irəli sürdüyü təklif hazırda daha real görünür”. 

Həmsöhbətimiz qeyd edir ki, sülh təklif olunacaqsa, bu indiki vəziyyətdə yalnız və yalnız atəşkəs mərhələsindən keçməklə mümkün ola bilər: 

“Bütün müharibələr sonda sülhlə bitir. Amma indiki halda Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olunacağından danışmaq tezdir. Ona görə də Ankaranın sülh təklifində ilk növbədə atəşkəsə nail olmaq məsələsi dayanır. Hazırkı mərhələdə tərəflərin Ankaranın vasitəçiliyilə müəyyən müddətdə, qalıcı və ya keçici atəşkəsə nail olmaları mümkündür ki, bu da gələcəkdə sülh üçün yaxşı perspektiv yarada bilər. 

Müharibənin bitməsini istəməyən çoxsaylı Qərb ölkəsi də var. Bütün hallarda Ankaranın təşəbbüsü yüksək qiymətləndirilməlidir. Sülh təklif olunacaqsa, bu indiki vəziyyətdə yalnız və yalnız atəşkəs mərhələsindən keçməklə mümkün ola bilər”. 

Rüfət Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO