Ehtiyatlı OLUN! - Yaşlı insanlara zəng edilib kart məlumatlarını oğurlayırlar

Ehtiyatlı OLUN! - Yaşlı insanlara zəng edilib kart məlumatlarını oğurlayırlar

Hazırda oxunan: Ehtiyatlı OLUN! - Yaşlı insanlara zəng edilib kart məlumatlarını oğurlayırlar

18729

Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.

Bizim.Media-ya  daxil olan məlumatda qeyd edilir ki, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan banklarından pul və qızıl külçələr oğurlayan şəxslər ABŞ-da həbs edildi


Belə ki, həmin dələduzlar tətbiq edilən xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız əsasən yaşlı nəsli nümayəndələrinə zəng etməklə özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər.

Daha sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsi ilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni, kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu əldə etməyə çalışırlar.

Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Daxili İşlər Nazirliyi vətəndaşları kibercinayətkarlıq halları ilə üzləşəcəkləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermələrini xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO