Ermənilərin Qarabağda istifadə etdiyi fosforlu silah – XÜSUSİYYƏTLƏRİ 

Ermənilərin Qarabağda istifadə etdiyi fosforlu silah – XÜSUSİYYƏTLƏRİ 

Hazırda oxunan: Ermənilərin Qarabağda istifadə etdiyi fosforlu silah – XÜSUSİYYƏTLƏRİ 

1872

Fosforlu silahların bir neçə növü var. Bu silahların ən təhlükəlisi ağ fosfordur. Bu fosfor özü alışaraq havada yanır və digər partladıcı maddələrlə yanaşı alışırsa partlayış daha böyük ərazini bürüyə bilir.

Fosfor silahlarının növləri:

** əl bombası;
** hava bombaları;
** raketlər və reaktiv raketlər;
** minaatan mina;
** top mərmiləri;
** hava silahları

Əgər havanın temperaturu 34-40 dərəcədən yuxarı olmazsa, normal şərtlərdə ağ fosfor heç bir reaksiya olmadan tədarükdə uzun müddət saxlanıla bilər.

Ağ fosfor nədir?

Mərmilərin doldurulduğu maddə özü bərk və zəhərlidir. 0,1 g dozası insanlar üçün ölümcüldür. Maddənin insan orqanizminə bu cür spesifik təsirləri onu bir çox növ təhlükəli silahların yaradılmasında istifadəsinə zəmin yaradıb.

Fosfor silahı necə işləyir?

Fosfor bombaları son dərəcə təhlükəlidir, çünki yanma zamanı aktiv maddənin temperaturu 1200 dərəcəyə çata bilir. Lakin bu silahın növünə, ətrafdakı istiliyə və rütubətə bağlıdır. Yanma zamanı silahdan bütün fosfor bitənə qədər və ya oksigenin girişi bağlanana qədər dayanmayan qatı ağ tüstü çıxır.

Bundan əlavə, fosfor özü zəhərli bir maddədir. Sümüklərin və sümük iliyinin zədələnməsinə və toxuma ölməsinə də səbəb ola bilər. Belə bir bombanın yanan zonasına düşən insan ölümcül xəsarət alma riski altındadır. Hətta bu zaman zərər çəkmiş insana tibbi yardım göstərən həkim düzgün davranmasa, yanıq xəsarəti ala bilər.

Psixoloji aspekt

Belə bir silahın fəaliyyət prinsipi yalnız bir insanı öldürmək və ya şikəst etmək deyil, həm də ona çox böyük psixoloji travma verməkdir. Bu cür silahlarla vurulan bir adam dərisinin necə qaraldığını və nəfəs alarkən ağ ciyərlərinin necə sıradan çıxdığının hiss etmək məcburiyyətindədir.

Fosfor bombalarının istifadəsinə qoyulan qadağa

Hazırda fosfor bombalarının və fosfor ehtiva edən digər silah növlərinin 1868, 1949 və 1980-ci illərdəki beynəlxalq müqavilələrə əsasən istifadəsi qadağandır. Bu cür silahların istifadəsini tamamilə qadağan etmək üçün çoxsaylı cəhdlərə baxmayaraq, müqavilələr daim pozulur.
Birinci və İkinci Dünya Müharibələri zamanı irlandlar, almanlar, ingilislər, amerikalılar və koreyalılar ağ fosforla doldurulmuş bomba və əl bombalarından istifadə etdilər. Bundan əlavə, müasir dövrdə fosfor silahları İraqda də Qəzza zolağında baş verən müharibələrdə istifadə edilib. Bəzi məlumatlara görə, bu silahdan 2014-cü ildə Ukraynada da istifadə edilib, lakin bu sübuta yetirilməyib.

Fosforlu silahlardan necə qorunmaq olar?

Əgər fosfor bombası bir neçə kilometr radiusda partlayıbsa, yandırıcı silahlardan ümumi prinsiplərə əsaslanaraq özünüzü qoruya bilərsiniz. Hərbi psixoloqlara görə, insanlar aydın düşüncəli olsalar və panikaya düşməsələr, yaralanmamaq şansları artır.

Belə bombanın partlamasının nəticəsində yaranan alovu, tez bir zamanda su və ya torpaq (çox miqdarda su ilə söndürmək və ya yaş qumla örtmək lazımdır) vasitəsilə aradan qaldırmaq lazımdır. Bu zaman mis sulfat da istifadə etmək olar. Heç nə olmasa atəşi quru torpaqla da örtüb söndürmək olar. Bu cür etdikdə oksigen girişi bağlanacaq və fosfor alışmasının qarşısı alınacaq.



Yaralıya necə kömək etmək lazımdır?

Bu zaman yaralanan bir insanı xilas etmək üçün əvvəl onun həqiqətən də onun xəsarətinin fosfor bombalarının və tərkibindəki maddələrin səbəb olduğuna əmin olmaq lazımdır. Bu cür xəsarətlərdə xüsusi bir sarımsaq qoxusu olur, yanığın ətrafındakı dəri tüstülənir və qaralır.

Hər şeydən əvvəl, yanıqları iltihab və infeksiyanın qarşısını almaq üçün antiseptik sarğı ilə sarımaq lazımdır. Bundan əlavə, bu insan dərhal ərazidən uzaqlaşdırılmalıdır. Soyuq fəsildə yaralının şoka düşməməsi üçün əynindəki paltarları çıxarmaq lazımdır. Bu zaman analiz vermədən xəstəyə heç bir dərman verilməməlidir.

Əgər bu cür yaralanmamalarda necə kömək etmək lazım olduğunu bilmirsinizsə, həmin şəxsdən qətiyyətlə uzaq durun!

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO