Futbol üzrə Niderland birinci divizionunda 34-cü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə PSV-nin ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası 2:5 hesablı məğlubiyyətə üzülüb.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının ilk qolunun məhsuldar ötürməsini də milimizin futbolçusu verib. “Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Millimizin üzvü məhsuldar ötürmə verdi, komandası uduzdu Millimizin üzvü məhsuldar ötürmə verdi, komandası uduzdu](https://bizim.media/file/articles/2024/04/13/1713013413_photo_5249182100458953152_y.jpg)
- A-
- A
- A+
İdman
16:54 / 13.04.2024
Millimizin üzvü məhsuldar ötürmə verdi, komandası uduzdu
Hazırda oxunan: Millimizin üzvü məhsuldar ötürmə verdi, komandası uduzdu
Hazırda oxunan: Millimizin üzvü məhsuldar ötürmə verdi, komandası uduzdu
187004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.