Əfqanıstanda hərbi bazaya hücum etdilər

Əfqanıstanda hərbi bazaya hücum etdilər

Hazırda oxunan: Əfqanıstanda hərbi bazaya hücum etdilər

1869

Əfqanıstanın Kunduz əyalətindəki hərbi bazaya edilən hücumda hərbi personal da daxil olmaqla ən azı 24 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti yerli xəstəxanaların birində çalışan həkimə istinadən məlumat yayıb.

Məlumata görə, hücum çərşənbə axşamı İmam Şahib bölgəsində baş verib. Bomba yüklü bir avtomobil partlayıb, bundan sonra isə silahlılar və hərbçilər arasında atışma başlanıb.

Həkimin sözlərinə görə, ümumilikdə 14 hərbi qulluqçu və 10 mülki şəxs xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl Sinxua Xəbər Agentliyi də Əfqanıstan sərhəd qoşunları düşərgəsi yaxınlığında bomba yüklü bir avtomobilin partladığını bildirmişdi.

Əfqanıstan Müdafiə Nazirliyi daha sonra hücumu təsdiqləyib. Qurum bununla bağlı Tvitter hesabında qısa açıqlama verib.

"Əfqan sərhəd gözətçi məntəqəsinə hücum etmək istəyən kamikadze... Kunduz vilayətində məqsədinə çatmadan görüldü və ortadan qaldırıldı"

Nazirliyin verdiyi məlumata görə, yaraqlıların bir qismi məhv edilib, digərləri qaçmağa müvəffəq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO