İşğaldan azad olunmuş ərazilərdə nə qədər şagird təhsil alır? – RƏSMİ AÇIQLAMA 

İşğaldan azad olunmuş ərazilərdə nə qədər şagird təhsil alır? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə nə qədər şagird təhsil alır? – RƏSMİ AÇIQLAMA 

186819

"İşğaldan azad olunmuş ərazilərdə 8 məktəbdə 800-dən çox şagird təhsil alır". 

Bizim.Media xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbində keçirilən "3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə" konfransında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. 

O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir: 
“Daha bir vacib məsələ müəllimlərin rifah halının yaxşılaşdırılmasıdır. Artıq 40 min müəllim sertifikasiyadan keçib, proses davam edir. Bundan başqa, məktəblərdə internetə əlçatanlığın təmin edilməsi üçün işlər davam etdirilir. Hədəfimiz məktəb üzrə hər altı uşağa bir kompüterin olmasıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO