Gecə klubunda ATIŞMA - Ölən var

Gecə klubunda ATIŞMA - Ölən var

Hazırda oxunan: Gecə klubunda ATIŞMA - Ölən var

186704

Türkiyədə gecə klublarından birində silahlı insident olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında İspartanın Gülistan məhəlləsində yerləşən gecə klubunda baş verib.

Məlumata görə, Qalip K. ilə 39 yaşlı Mehmet Çuhadar arasında naməlum səbəbdən mübahisə düşüb. Müzakirə qısa müddətdə davaya çevrildikdən sonra Qalip K. Mehmet Çuhadara atəş açıb.
Xəbər üzərinə hadisə yerinə həkim və polis qrupları sövq edilib. Həkimlərin ilk müdaxiləsindən sonra Çuhadarın hadisə yerində öldüyü təyin olunub.

Polis qruplarının təhlükəsizlik tədbirləri gördüyü gecə klubu bağlanıb. Hadisə yeri araşdırma qrupları və prokurorluq araşdırma etdikdən sonra Mehmet Çuhadarın cəsədi yarılma üçün xəstəxana meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar başlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO