Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda ÜDM-in artım templərinin dövlət xərcləri və xidmət sektorunda artımla əlaqədar 2024-cü ildə 1,2 %, 2025-ci ildə isə 1,6 % səviyyəsində olacağını proqnozlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə bankın bu gün açıqlanan “Asiyanın inkişaf perspektivləri”nin (ADO) aprel ayı üçün olan hesabatında deyilir.
Xatırladaq ki, ADB-nin əvvəlki (sentyabr 2023) qiymətləndirməsinə əsasən, 2024-cü il üçün Azərbaycanın ÜDM artımı 2,6 % səviyyəsində proqnozlaşdırılmışdı.
“Pərakəndə ticarət və nəqliyyat sektorunda gözlənilən artımla əlaqədar olaraq, xidmət sektorunda artımın 2024-cü ildə 2,3 %-ə, 2025-ci ildə isə 3 %-ə qədər yüksələcəyi proqnozlaşdırılır. Nəqliyyat sektorunda qazanc Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın “KazMunayQaz” milli şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması haqqında saziş əsasında təmin ediləcək”, - ADB-dən qeyd ediblər.
Bankın analitiklərinin fikrincə, neft platformasının məhsuldarlığının zəifləməsi səbəbindən sənaye sahəsində eniş 2024-cü ildə 1,6 %-ə, qaz hasilatının daha vacib olması səbəbindən isə 2025-ci ildə 1 %-ə qədər azalacaq.
“Ərzaq sənayesi, tikinti materialları və neft-kimya məhsulları istehsalı daha geniş sənaye sektorunda tənəzzülü məhdudlaşdıracaq. Kənd təsərrüfatına dəstək proqramlarının növbəti mərhələsi bitkiçilik və heyvandarlıq istehsalında artımı dəstəkləməyə kömək edəcək”, - hesabatda deyilir.
ADB-də hesab edirlər ki, şəxsi istehlak və xalis ixrac tələb artımına stimul verəcək. İqtisadi artım və inflyasiyanın daha da yavaşlaması ailə təsərrüfatlarının real gəlirlərini artıracağından özəl istehlak artımının sürətlənəcəyi proqnozlaşdırılır. Dövlət qulluqçularının maaşlarının yüksək olması ictimai istehlakı stimullaşdıracaq.Bank analitiklərinin fikrincə, dövlət investisiyaları
proqnozlaşdırılan dövr ərzində ümumi investisiyaların əsas hərəkətverici qüvvəsi olaraq qalacaq, halbuki neft hasilatının azalması və neft qiymətlərinin zəifləməsi planlaşdırılan xərclər üçün risklər yaradır. İxrac gəlirləri yavaş artan idxalı üstələdiyi üçün xalis ixrac da artacaq.
Qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % səviyyəsində
proqnozlaşdırır.2023-cü ildə Azərbaycan iqtisadiyyatı 1,1 % artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:09 / 11.04.2024
Azərbaycan iqtisadiyyatının 2024-2025-ci illər üçün artım proqnozları YENİLƏNİB
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatının 2024-2025-ci illər üçün artım proqnozları YENİLƏNİB
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatının 2024-2025-ci illər üçün artım proqnozları YENİLƏNİB
186660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.