Ankara və Bakı arasında Moskvada mühüm GÖRÜŞ - FOTO

Ankara və Bakı arasında Moskvada mühüm GÖRÜŞ - FOTO

Hazırda oxunan: Ankara və Bakı arasında Moskvada mühüm GÖRÜŞ - FOTO

186583

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfiri Tanja Bilgiçi qəbul edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan səfiri həmkarını müqəddəs ayın sona çatması ilə bağlı səmimi qəlbdən təbrik edərək, ona və onun simasında qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.

Türkiyə səfiri öz növbəsində Polad Bülbüloğlunu və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunub, həmçinin regional gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO