Özbək rejissor Salyanda

Özbək rejissor Salyanda

Hazırda oxunan: Özbək rejissor Salyanda

186549

Salyan Dövlət Kukla Teatrı ilə Özbəkistanın  Surxandərya vilayətinin Kuğurcaq Dövlət Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memoranduma əsasən Kuğurcağ Dövlət Teatrının baş rejissoru Bunyad İmomov “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində bu ilin aprel ayında Abbas Xurramovun "Xoruz niyə uçmur” əsərinə quruluş verəcək. Tamaşa Salyan Kukla Teatrında nümayiş ediləcək. 

Bu barədə məlumatı Bizim.Media-ya teatrın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xəyalə Əhmədova verib. 

Səhnə əsərində dərs əlaçısı olan xoruzun pişiyin şirin dilinə aldanıb həmin gün dərsə getməməsindən, müəllimin dərsdə qanadlılar sinfinə uçmağı öyrətməsindən və xoruzun dərsə getmədiyi üçün uçmağı öyrənə bilməməsindən söhbət açılır.

Uşaqların məktəbə, dərsə həvəslərini artırmaq, yalan danışmamağı və çalışqan olmağı öyrətmək səhnə əsərinin əsas qayəsidir. 

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Bunyod İmomov, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli və Gülay Abbasovadır. Səhnə əsərində rolları Mədinə Ramazanova, Röyal Qurbanov, Nahid Rüstəmbəyli, Maytab Gözəlova, Nərmin Hüseynli, Gülcənnət Zamanova, Nurlan Məlikov, Böyükağa Mehdizadə canlandırır.

Sabutay, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO