İspaniya “Qızıl Viza”nı ləğv edəcək

İspaniya “Qızıl Viza”nı ləğv edəcək

Hazırda oxunan: İspaniya “Qızıl Viza”nı ləğv edəcək

186316

İspaniya hökuməti ölkədə daşınmaz əmlaka böyük investisiyalar yatırmaq müqabilində xarici vətəndaşlara daimi yaşayış icazəsi almağa imkan verən “Qızıl Viza” proqramını ləğv etmək niyyətindədir.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes məlumat verib.

“Qızıl Viza”dan faydalananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirib. Bundan daha çox Çin, ABŞ, Rusiya və İran vətəndaşları faydalanıb. 

Vizaya daxil olan icazələrdə İspaniyanın daşınmaz əmlak sektoruna ən azı 500.000 avro sərmayə qoyan qeyri-Avropa İttifaqı ölkələrinin vətəndaşlarına üç il ərzində ölkədə yaşamaq və işləmək daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO