Ramazanın son gününün imsak və iftar vaxtları - GÜNÜN DUASI

Ramazanın son gününün imsak və iftar vaxtları - GÜNÜN DUASI

Hazırda oxunan: Ramazanın son gününün imsak və iftar vaxtları - GÜNÜN DUASI

186301

Sabah Ramazan ayının 30-cu günüdür.

Bizim.Media xəbər verir ki, sabah imsak vaxtı saat 04:42, iftar isə 19:28-dədir.

İmsak duası:

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Mühəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Qeyd edək ki, Ramazan bayramının namazı aprelin 10-da qılınacaq.

Allah orucunuzu qəbul etsin!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO