Erkin Qədirli AŞPA-da Navalnıya dəstək verdi

Erkin Qədirli AŞPA-da Navalnıya dəstək verdi

Hazırda oxunan: Erkin Qədirli AŞPA-da Navalnıya dəstək verdi

18623

Aprelin 19-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsinin iclasında rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndəsi, REAL Partiyasından deputat Erkin Qədirli Navalnıya dəstək qətnaməsinin lehinə səs verib.

Bizim.Media xəbər verir ki, sənəd aprelin 20-də Assambleyanın plenar iclasında səsverməyə çıxarılıb.
 

MÖVZU İLƏ BAĞLI:

AŞPA-nın yaz sessiyası keçiriləcək - Gündəlikdə nələr var?


Qətnamədə Rusiya hakimiyyətinə Navalnını azad etmək və Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsindəki hökmünü tam icra etmək tələbi yer alır.

Qeyd edək ki, Rusiya müxalifətinin lideri Alexsey Navalnı 2021-ci ilin fevralında iki il səkkiz ay həbs cəzasına məhkum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Navalnının ədalətli mühakimə edilmə hüququnu və qanunsuz cəza verildiyini tanıyıb, yerli məhkəmələri bu pozuntuların aradan qaldırılmasına çağırıb.

Rusiya Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb. Avropa Şurası Nazirlər Komitəsi Navalnının hökmünün ləğv edilməsinə və təxirə salınmadan sərbəst buraxılmasına çağırıb.

Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsi Navalnının səhhətinin qeyri-insani rəftar nəticəsaində əhəmiyyətli dərəcədə pisləşdiyindən narahatlığını bildirib, həbs şəraitinin digər aspektlərinin Avropa İnsan Haqları Konvensiyası çərçivəsində daha çox problem yaratdığını və bununla bağlı şikayətlərinin cavabsız qaldığını bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO