Zaqatalada kömür sexində baş verən yanğının ilkin səbəbi AÇIQLANDI

Zaqatalada kömür sexində baş verən yanğının ilkin səbəbi AÇIQLANDI

Hazırda oxunan: Zaqatalada kömür sexində baş verən yanğının ilkin səbəbi AÇIQLANDI

186165

Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən kömür sexində baş verən yanğının söndürülməsinə xeyli sayda canlı qüvvə və texnika cəlb edilib. 

Bizim.Media-nın yerli bürosu Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, yanğın hadisəsi Aşağı Tala kəndi ərazisində Toğrul Balayevə məxsus kömür istehsalı sexində qeydə alınıb. 

Yanğın nəticəsində sexin 36 kv/m-lik sahəsinin yanar konstruksiyaları və ərazidə olan 3 ton kömürün 1,5 tonu yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Sexdə yanğının baş vermə səbəblərinə gəlincə, mütəxəssislər hesab edir ki, texniki-istehsalat qaydalarına riayət edilməməsi, yanğın təhlükəsizliyinə dair tələblərə məhəl qoyulmaması nəticəsində baş verib.
Hazırda ərazidə soyutma işləri davam edir. Yanğının daha dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO