Turan Bayramov: Olimpiadaya lisenziya qazandığım üçün çox xoşbəxtəm

Turan Bayramov: Olimpiadaya lisenziya qazandığım üçün çox xoşbəxtəm

Hazırda oxunan: Turan Bayramov: Olimpiadaya lisenziya qazandığım üçün çox xoşbəxtəm

186131

Turnirin Bakıda keçirilməsi mənə əlavə stimul verirdi. Olimpiadaya lisenziya qazandığım üçün çox xoşbəxtəm.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında qalib gələrək "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Turan Bayramov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı - FOTO


74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı, həmçinin bildirib:

"Dünya çempionatında sona üç saniyə qalmış lisenziyanı əldən vermişdim. Buradakı yarış mənim üçün önəmli idi. Frank Çamizo Markezi daha əvvəl Toğrul Əsgərov məğlub etmişdi. İndi də bu uğuru mən əldə etdim".

Qeyd edək ki, hesab bərabər (8:8) olsa da, xalların keyfiyyətinə görə rəqibini məğlub edən T. Bayramov "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO